Tərtər rayonunda atlının ölümü ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. Hərəkətdə olan “Lifan” markalı minik avtomobili yol kənarında atla hərəkət edən kənd sakini 1979-cu il təvəllüdlü Hüseynov Məhər Məhərrəm oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun çoxdan öldüyünü bildirib.
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “NAZ Lifan” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Tərtər RPŞ-də araşdırma aparılır.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man