Nərimanov rayonunda təhlükəsizlik kəmərini bağlamaq istəyən sürücü idarəetməni itirib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə metronun Gənclik stansiyasının yaxınlığındakı tuneldə baş verib. Belə ki, sürücünün bildirdiyinə görə, tuneldə sərt döngədə o təhlükəsizlik kəmərini bağlamaq istəyib bu zaman sükana nəzarəti itirib. Nəticədə FORD markalı yük avtomobili tunelin səkisinə çırpılıb.
Baş vermiş hadisə ilə bağlı əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man