Göyöl rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri olan iki ailənin üzvləri və yaxın qohumları, ümumilikdə, 8 nəfər ölüb, 1 nəfər yaralanıb.
Qəza zamanı yaralanan, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənovanın müalicəsi isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində davam edir və vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.
Artıq meyitlər ailələrinə təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man