Meksikada sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Sakatekas ştatında qeydə alınıb, bu barədə aprelin 28-i “Reuters” agentliyi məlumat yayıb.
Ölənlər arasında azı 3 uşaq var.
İlkin məlumatlara görə, qəzaya sürücünün sükan arxasında yatması və idarəetməni itirməsi olub.
Polis qəza ilə bağlı araşdırma aparır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man