ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində inşaat kranı yola aşıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürən departamenti öz “Twitter” səhifəsində məlumat yayıb.
Departamentin məlumatına görə, kran yolun hərəkət hissəsinə aşıb. Nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. 5 avtomobilə də ziyan dəyib.
Bildirilir ki, yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man