Kanadada təhlükəli maddə yüklü qatar relsdən çıxıb.
Avtosfer.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Kevbek əyalətində baş verib, bu barədə CBC telekanalı yerli Dəmir Yolu İdarəsinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, təxminən 10-na yaxın vaqon təhlükəli yüklə relsdən çıxıb.
Lakin, zəhərli maddələr ətrafa dağılmayıb.
Sonradan telekanal yaydığı məlumatı təkzib edərək bildirib ki, qatarda olan maddə təhlükəli deyil.
Hadisə yerinə mütəxəssislər cəlb edilib.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man