İranın cənubunda Kirman vilayətində avtobus yük maşını ilə toqquşub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Kirman vilayəti təcili yardım mərkəzinin rəhbəri Məhəmməd Sabiri deyib.
M.Sabirinin sözlərinə görə, hadisə nəticəsində sürücü həlak olub, 11 nəfər yaralanıb.
Yaralılar arasında 4 Pakistan vətəndaşı olub.
Avtobus İranın Sistan və Bəluçestan vilayətinin Çabəhar şəhərindən Tehran istiqamətində hərəkət edirmiş.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man