İşıqfor işləmədi, iki maşın toqquşdu: altı yaralı - VİDEO

Yol qəzaları 24 Aprel 2019 | 11:21
OXUNUB: 889

Bakının Nizami rayonu, Babək prospekti 94 ünvanında altı nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı “Lada Priora” və “Mercedes” markalı avtomobillər toqquşub.

Yaralılar dərhal 1 və 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində “Lada”nın sürücüsü, 1986-cı il təvəllüdlü Nəsibov Kamran Cavad oğlu və sərnişinlər - 1979-cu il təvəllüdlü Anatorseva Yuliya və 1996-cı il təvəllüdlü Filfilovna Valentine Vitalyevna yaralanıb.

Qəzada iştirak edən “Mercedes” markalı avtomobilin sürücüsü - 1990-cı il təvəllüdlü Səfərov Əziz Habil oğlu və sərnişinlər - 1991-ci il təvəllüdlü Əliyev Əkbər Kitabulla oğlu və Elmar adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlkin məlumata görə, hadisəyə ərazidə yeni quraşdırılan işıqforların işləməməsi və yüksək sürət səbəb olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. (oxu.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man