Qubada yolu keçmək istəyən qadını avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, şəhər sakini Sevda Mövludağa qızı Paşayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Sürücü yaralı qadını Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Ona xəstəxanada döş qəfəsinin qapalı küt travması, qabırğaların çoxsaylı sınıqları və döş qəfəsinin sınıqları diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man