Konqo Demokratik Respublikasında azı 11 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az “RİA Novosti”yə istindən xəbər verir ki, bu barədə Actualite.CD yerli mənbələrə istindən məlumat yayıb. Hadisə aprelin 22-si ölkənin cənubunda yerləşən Lualaba əyalətində qeydə alınıb.
İnstitut tələbələrini Nizlo gölündə yerləşən SES-ə (Su Elektrik Staniyası) texniki təcrübə keçmək üçün daşıyan yük maşını, Milli Enerji Şirkətinin yük maşını ilə toqquşub.
Toqquşmanın şiddətindən maşın sərnişinləri ilə birgə süni gölə aşıb.
Polis qəza ilə bağlı araşdırma aparır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man