ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarə qəzaya uğrayıb. Avtosfer.az "RİA Novosti"yə istinadən xəbər verir ki, nəticədə pilot və 5 sərnişin ölüb, bu barədə yerli “KXAN” telekanalı Texas Dövlət Təhlükəsizliyi İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, “Beechcraft BE58” təyyarəsi aprelin 22-si səhər Harris rayonundan şəxsi aerodromundan havaya qalxıb.
Mənbənin bildirdiyinə görə, təyyarə yerli vaxtla saat 9.00 radələrində Kerrville Bələdiyyə Hava Limanına enən zaman yerə çırpılıb.
Təyyarənin qalıqları hava limanının təxminən 6 km şimal-qərbində aşkar edilib.
Qəzanın baş vermə səbəbləri hələ ki, açıqlanmır.
Namiq
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man