Lənkəranda avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb.
“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə iyunun 11-i saat 13 radələrində Vilvan kəndində baş verib.
Belə ki, şəhər sakini İ.Hüseynov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçməyə çalışan 2017-ci il təvəllüdlü S.Hüseynovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən azyaşlı iyunun 12-də orada ölüb.
Məlumata görə, valideynlərinin evliliyindən 11 il sonra dünyaya gələn S.Hüseynov ailənin tək uşağı olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man