Şəkidə idarəetməni itirən sürücü avtomobili yol kənarındakı ağaca çırpıb.
Avtosfer.az-ın məlumatına görə, ağır yol- nəqliyyat hadisəsi gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu, Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayon sakini 32 yaşlı İbrahim Ağalarovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü İbrahim Ağalarov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin, Balakən rayon sakini 27 yaşlı Günel Göyüşova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı sükan arxasında sıxılmış vəziyyətdə qalan İbrahim Ağalarovun meyiti Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man