Bakının Binəqədi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, avtoqəza Mirzə Məhəmmədxan küçəsində baş verib.
Belə ki, İlkin Məmmədov idarəetməsində olan “Toyota” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib.
Daha sonra sürücü sükana nəzarəti itirərək nəqliyyat vasitəsini yol kənarındakı daş hasara çırpıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin və sürücü ağır bədən xəsarətləri alıb.
Yaralılar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
Qəzaya məruz qalan avtomobil deformasiyaya uğrayıb.
Əraziyə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man