Bakı metrosunun dəmir yollarının diaqnostikası yeni ultrasəs cihazları ilə yoxlanılacaq.
“Bakı metropoliteni” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, müəssisə tərəfindən 5 ədəd “Avikon-31” aparatı alınıb.
Diaqnostika işləri ay ərzində iki dəfə aparılır. Ultrasəs müayinəsi aparatlarından fərqli olaraq, bütün metropoliten infrastrukturunu müxtəlif parametrlər üzrə yoxlayan diaqnostika qatarı real sərnişindaşıma prosesi zamanı relslərə düşən yükü də nəzərə almaqla, yolların vəziyyətini qiymətləndirir. Yoxlamalar sayəsində metronun dəmiryol şəbəkəsinin təhlükəsizliyi təmin edilir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man