Qusarda gecə ağır qəza - Yolda dayanan 3 nəfəri...

Yol qəzaları 09 İyun 2022 | 11:58
OXUNUB: 1348

Qusarda gecə saatlarında baş verən qəzada 3 nəfər xəsarət alaraq xəstəxanaya düşüb. 
Rayonun Gədəzeyxur kəndində kənd sakini Zaur İlahəddin oğlu Laçınovun idarə etdiyi "Vaz-21-07" markalı avtomobillə yolda dayanan 3 piyada vurulub.  

Avtosfer.az xəbər verir ki, xəsarət alan İmamqulukənd sakinləri Tahir Qəhrəmanov, Həkim Yarəliyev və Əluxan Ağamuradov müxtəlif xəsarətlərlə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan 56 yaşlı Tahir Qəhrəmanov cərrahiyyə, 65 yaşlı Həkim Yarəliyevlə Əlixan Ağamuradov isə reanimasiya şöbəsinə yerləşdiriliblər. 

Piyadaların hadisə zamanı sərxoş halda yolda olduqları deyilir. Qusar rayon Mərkəzi Xəstəxanasının mətbuat xidmətinin rəhbəri Anjela Zalova yaralıların müalicəsinin davam etdirildiyini deyib.  
Hadisə ilə bağlı Qusar rayon Polis Şöbəsunin istintaq bölməsində cinayət işi açılıb.  

Bizim.Media 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man