Rusiyanın Omsk vilayətində minik maşını ilə yük avtomobilinin toqquşması nəticəsində yol polisinin 3 əməkdaşı ölüb.
Avtosfer.az xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti yayıb.
İlkin məlumata görə, “Lada Vesta” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək “Mercedes” markalı yük maşını ilə toqquşub.
Bildirilib ki, hadisə iyunun 9-da səhər saatlarında Çelyabinsk-Novosibirsk trasının 932-ci km-liyində baş verib.
Qəza ilə bağlı araşdırmanı Omsk vilayəti prokurorluğu aparır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man