Balakəndə yol qəzası baş verib, sürücü ölüb

Yol qəzaları 08 İyun 2022 | 21:59
OXUNUB: 869

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 146-cı kilometrliyində - Balakən rayonu ərazisindən keçən hissəsində baş verib.  1993-cü il təvəllüdlü Balakən rayonu Mahmalar kənd sakini Kərim İbadullah oğlu Qaracayev idarə etdiyi “VAZ 2101” markalı minik avtomobili ilə Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən idarəetməni itirib. Bundan sonra o, maşını yolun kənarındakı ağaca çırpıb. Hadisənin ardından maşın yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Kərim Qaracayev Balakən Mərkəzi Xəstəxanasına (MRX) aparılıb. Həkimlərin səyinə baxmayaraq Kərim Qaracayev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man