Göygöldə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı üzüm sahəsində olan maneəyə çırpılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı sürücü ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olduğu bildirilir. Qeyd edək ki, xəsarət alan sürücünün polis əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man