Kürdəmirdə mikroavtobus “KamAZ"la toqquşub, ölənlər və yaralananlar var - FOTO

Yol qəzaları 02 İyun 2022 | 08:14
OXUNUB: 3859

Kürdəmirdə ağır yol qəzası baş verib.

Avtosfer.az-ın xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan "KamAZ" markalı yük maşını ilə toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, Ağsu rayon sakini, 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı həlak olublar.

Bundan başqa "KamAZ"ın sürücüsü 53 yaşlı, Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və "Mercedes"də olan digər sərnişin 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır xəsarətlər alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır

report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man