Bakı şəhərində qeyri-adi qəza baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Mirəsədulla Mirqasımov küçəsində qeydə alınıb.
Belə ki, avtomobilin sürücüsü idarəetməni itirərək, hasarı aşırıb və Kliniki Tibbi Mərkəzin (KTM) həyətinə düşüb.
Qəza nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb.
Qəzanın səbəbləri araşdırılır.
Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlama verib.
O bildirib ki, hadisə bu gün səhər saat 7:20 radələrində baş verib:
“Belə ki, “Hyundai Sonata” markalı avtomobil sürət həddini aşaraq Kliniki Tibbi Mərkəzinin hasarına çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Təcili yardım şöbəsində ona yardım edilib və həyatı təhlükəsi olmayıb. Həkim müayinəsindən sonra şəxs evə buraxılıb”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man