DİN Sabirabadda qatar vuran şəxslə bağlı məlumat yayıb - YENİLƏNİB

Yol qəzaları 25 May 2022 | 14:38
OXUNUB: 747

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda qatarın vurduğu şəxslə bağlı məlumat yayıb.

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, 25.05.2022-ci il tarixdə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub.

Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu tanıyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.

***

14.19

Sabirabadda qatar yolu keçən şəxsi vurub.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Çiçəkli kəndində qeydə alınıb. Qatar dəmir yolunu keçmək istəyən şəxsi vurub. Kimliyi məlum olmayan şəxs komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Dəmir yolu nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man