Bakı-Şamaxı yolunda ağır qəzaya düşən azərbaycanlı məşhurdan XƏBƏR VAR

Yol qəzaları 25 May 2022 | 13:09
OXUNUB: 810

2021-ci ili noyabr ayında Bakı-Şamaxı yolunda sürücüsünün idarə etdiyi avtomobil ilə ağır qəzaya düşən müğənni Baba Dərələyəzli üçüncü dəfə əməliyyat olunacaq.

Avtosfer.az-a verilən məlumata görə, qısa zamanda Azərbaycanda mahnıları ilə geniş tamaşaçı kütləsi toplamağı bacaran müğənni bir ay bundan öncə məcburiyyət qarşısında ikinci dəfə əməliyyat olunmasına baxmayaraq, onun tam sağalması üçün növbəti əməliyyata ehtiyac var.

Xatırladaq ki, bu qəza nəticəsində daxili orqanları yararsız hala düşən müğənni, ayağının da bir çox nahiyyəsindən aldığı sınıq xəsarətləri səbəbindən xeyli zamandır ki, yerimək qabiliyyətini itirib. Baba ikinci əməliyyat öncəsi Milli.Az-a açıqlamasında deyib:

"Bu ayın 30-u üçüncü dəfə eyni əməliyyata girəcəyəm. Bu əməliyyat nəhayət ayağa qalxmağım üçün sonuncu əməliyyat olmalıdır. Allahın köməkliyi ilə bu çətin günləri geridə qoyacağıma inanıram".

Qeyd edək ki, bu, ötən il Baba Dərələyəzlinin başına gələn ilk faciə deyildi. Belə ki, müğənni 2021-ci ildə iki ayın içində bir-birinin ardınca iki cavan qardaşını itirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man