Yevlaxda mikroavtobus traktorla toqquşub, 10-dan çox xəsarət alan var

Yol qəzaları 25 May 2022 | 10:18
OXUNUB: 1106

Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.

Avtosfer.az-ın məlumatına görə, Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən "Ford" markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub. Hadisə zamanı Goranboy rayon sakinləri: - 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965-ci il təvəllüdlü), Abbas Abbasov (1984-cü il), Süsən Rzayeva (1979-cu il), Yeganə Daşdəmirova (1970-ci il), Ayxan Rzazadə (2000-ci il), Bəylər Rzayev (2004-cü il), Aynurə Quliyeva (1986-cı il) və daha bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man