Bakıda külək “TIR”ı aşırıb , sürücüsünün qolu amputasiya edilib

Yol qəzaları 24 May 2022 | 09:57
OXUNUB: 4167

Bakı-Qazax şossesində güclü külək qəzaya səbəb olub.

APA xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi “MAN” markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib.

Bu zaman ağır tonnajlı yük avtomobili aşıb.

Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man