ABŞ-ın Kolorado ştatının Blumfild şəhərində birmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.
“Bugünkü təyyarə qəzasının iki qurbanı olub. Yoldan ötənlər və evlərə ziyan dəyməyib”, - qurumdan bildirilib.
Hadisənin səbəbi hələ məlum deyil. Qəza ilə bağlı araşdırma aparılır.
Yanğınsöndürmə xidmətinin sözçüsü qeyd edib ki, bu, son iki həftədə ikinci belə hadisədir.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man