Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Müzəffər Həsənov və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində baş verib.
Belə ki, M.Həsənov küçəsində olan “VAZ 21015” markalı nəqliyyat vasitəsi yol nişanının tələbini pozaraq eyni küçədə hərəkətdə olan “Toyota” markalı avtomobilə çırpılıb.
Daha sonra “Mercedes” markalı avtomobil hər iki maşına çırpılıb.
Qəza nəticəsində bir nəfər xəsarət alıb.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man