İstanbulun Sancaktəpə bölgəsində dostları ilə küçədə oynamaq üçün qarşı yola çıxan 4 yaşlı uşağın üstündən cip keçib.
Avtosfer.az xəbər verir ki, xoşbəxtlikdən hadisə zamanı uşağın burnu belə qanamayıb.
Hadisə anı təhlükəsizlik kameralarına əks olunub. 4 yaşlı Halil Fənər küçədə oynayan dostlarının yanına getmək istəyərkən yavaş hərəkət edən cip onu vuraraq yerə yıxıb. Cip 4 yaşlı uşağın üstündən keçəndə balaca uşaq sürücünün fərqinə varmadan cipin altında qalıb.
O, üzərindən keçən cipin altından sağ-salamat xilas olub. Bu zaman ayağa qalxaraq dostlarının yanına gedən uşağı görən sürücü təşvişə düşüb və kiçik uşağı qucaqlayaraq xəstəxanaya aparıb. Müayinələrdən sonra uşağın həyati təhlükəsi olmadığı öyrənilib.
Həmin görüntüləri təqdim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man