Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Dəlməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota Prius"un sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı arakəsməyə çırpılıb. Qəza zamanı sürücü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man