Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində avtomobil 1989-cu il təvəllüdlü Məmmədli Asim Əlimusa oğlunu vuraraq onu digər avtomobilə sıxıb.
Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının baldır nahiyəsinin natamam amputasiya diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man