Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İlkin məlumata görə, piyadanı “Ford” markalı yük maşını vurub.
Qəzadan sonra sürücü hadisə yerini tərk edib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man