Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb. Belə ki, minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 3 nəfər ağır xəsarətlər alıb. Onlardan biri Qazax rayon sakini, 2001-ci il təvəllüdlü Bahar Şakir qızı Əfəndiyevdir. Yarılılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar, vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man