Pakistanın şimal-şərqində yerləşən Pəncab vilayətinin Qucranvala dairəsində yük maşını ilə iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb, 8 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə yerli polis idarəsindən bildiriblər.
Hadisə Qucranvala-Hafizabad şəhərlərarası magistral Kot Ladha yaşayış məntəqəsi ərazisində baş verib. Yük maşını iki sərnişin mikroavtabusu ilə toqquşub. Yük maşının sürücüsü hadisə yerindən qaçaraq gizlənib.
Yaralılar Qucranvala və Hafizabaddakı hospitala yerləşdilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man