Bakıda iki avtomobil toqquşub, ağır xəsarət alanlar var - FOTO - VİDEO

Yol qəzaları 13 May 2022 | 10:44
OXUNUB: 658

Nəsimi rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsi ilə ikinci dərəcəli yolun kəsişməsində qeydə alınıb.

1997-ci il təvəllüdlü İlyasov Elvin Əlislam oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə H.Seyidzadə küçəsi ilə hərəkətdə olarkən 1992-ci il təvəllüdlü İsmayılzadə Əbil Amil oğlu idarəetməsində olan “Renault” markalı maşınla ikinci dərəcəli yoldan qəfil əsas yola çıxıb.

Toqquşma nəticəsində E.İlyasovun sağ bud sümüyü sınıb. Ə.İsmayılzadə isə döş qəfəsinin küt travması və qapalı kəllə-beyin travması diaqnozları ilə xəstəxanaya yerləşdirilib.

Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man