Bakıda avtomobil avtobusa çırpılıb, xəsarət alan var

Yol qəzaları 13 May 2022 | 10:29
OXUNUB: 8274

Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub.

Avtosfer.az xəbər verir ki, hadisə Nəsimi rayonu Azadliq prospektində, ABŞ səfirliyinin qarşısında qeydə alınıb.

Minik avtomobili dayanacaqda 99 JU 549 nömrəli, 88 saylı sərnişin avtobusuna arxadan çırpılıb. Nəticədə xəsarət alan şəxslərin olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım stansiyasının briqadası cəlb olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış səhər 09:10-da daxil olub. Təcili tibbi yardım briqadası hadisə yerindən bir nəfəri (kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə (ilkin diaqnoz qapalı kəllə beyin travması) xəstəxanaya aparıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man