Biləsuvar rayonunda qəzaya düşən yük avtomobili iki gündür aşmış vəziyyətdə yolun kənarında qalıb.
"Report"un məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Belarus vətəndaşının idarəetdiyi "DAF" markalı yük avtomobili mayın 10-da hərəkətdə olan zaman qəzaya düşərək yolun kənarına aşıb.
İki gündür ki, yüklə dolu avtomobili hadisə yerindən götürmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man