Səbail rayonunda xəsarətlə nəticələnən avtoqəza qeydə alınıb.
APA xəbər verir ki, hadisə Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində qeydə alınıb.
Prospektlə Azneft dairəsi istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin sürücüsü yol nişanının tələbini pozaraq yalnız sağa dönmə üçün nəzərdə tutulan zolaqla düzünə hərəkət etmək istəyib. Həmin vaxt 2-ci zolaqdan sağa dönmə manevri etmək istəyən “Mercedes” markalı avtomobillə toqquşub. Zərbədən sonra “Opel”in sürücüsü idarəetməni itirib və maşın yol kənarında quraşdırılan beton yol ayrıcına dəyib. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. “Opel”in sürücüsünün qolu sınıb. Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man