“Khazar” markalı avtomobil ilə 2 qəza - 2 nəfər öldü

Yol qəzaları 09 May 2022 | 13:56
OXUNUB: 902

Mayın 7-də saat 19 radələrində Ucar şəhəri ərazisində Elçin Mahvalıyev idarə etdiyi “Khazar” markalı avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, eyni markalı avtomobillə mayın 8-də daha bir hadisə qeydə alınıb. Belə ki, saat 3 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini R.Məmmədov idarə etdiyi “Khazar” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Nəticədə avtomobildə olan sərnişin Elxan Səmədov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. 

Hər iki faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man