Müdafiə Nazirliyi Laçında qəzaya uğrayan “Ural” markalı avtomobilin hərbi təyinatlı olması iddialarına cavab verib.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, Nazirliyin tabeliyinə aid hərbi hissələrdə belə bir hadisə baş verməyib.
Qeyd edək ki, qəzaya uğrayan yük maşınının hərbi təyinatlı olduğu iddia edilirdi.
***
Laçında avtomobil aşıb, ölən var.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man