Sərxoş sürücü 6 nəfərin ölümünə səbəb olub

Yol qəzaları 09 May 2022 | 12:29
OXUNUB: 550

Meksikada sərxoş sürücünün idarə etdiyi mikroavtobusun taksi ilə toqquşması nəticəsində baş verən qəzada 6 nəfər ölüb. Avtosfer.az-ın verdiyi xəbərə görə, Meksikanın Quanaxuato əyalətində spirtli içki qəbul edən sürücü idarə etdiyi mikroavtobusda həddindən artıq sürətlə hərəkətdə olarkən taksi ilə üzbəüz toqquşub.

Toqquşma nəticəsində taksi metrlərlə sürüklənib, mikroavtobus isə aşıb. Qəzada taksi sürücüsü və 5 sərnişin ölüb, sərxoş sürücü və bir qadın yüngül xəsarət alıb. Qəzadan sonra hadisə yerinə çoxlu həkim briqadaları göndərilib. Mikroavtobus sürücüsü sərxoş halda avtomobil idarə edərək 6 nəfərin ölümünə səbəb olduğu üçün həbs edilib.

SİA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man