Azərbaycanda baş redaktor üç gün ərzində iki dəfə qəzaya düşüb

Yol qəzaları 04 May 2022 | 13:49
OXUNUB: 746

Azərbaycanda baş redaktor Aqil Lətifov üç gün ərzində iki dəfə qəzaya düşüb.

Bu barədə "Report"a baş redaktorun özü məlumat verib.

O bildirib ki, mayın 2-də paytaxt ərazisində "VAZ-2107" markalı avtomobil əks yola çıxaraq idarə etdiyi maşınla toqquşub. Həmin vaxt avtomobilinə zərər dəysə də, özü xoşbəxtlikdən xəsarət almayıb.

İkinci hadisə isə bu gün paytaxt ərazisində qeydə alınıb:

"Əyləşdiyim taksi ilə yük maşını ilə toqquşdu. Nəticədə ayağım üç yerdən möhkəm əzildi".

A.Lətifov söyləyib ki, daha sonra xəstəxanada ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün buraxılıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man