Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun “PMK-9” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində rayonun Aşağı Kürkənd kənd sakinləri, 1961-ci il təvəllüdlü Bayramov Əliqismət Oruc oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Bayramov Rəsul Əliqismət oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man