Aprelin 27-i saat 11 radələrində Biləsuvar-Bəhramtəpə yolunun 58-ci kilometrliyində ölümə səbəb olan yol qəzası qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, 47 yaşlı Qəhrəmanov Aqil Vəzir oğlu idarə etdiyi “Hyundai Santafe” markalı avtomobillə 63 yaşlı Yunusov Vəli Həsən oğlunun idarə etdiyi “Mercedes-Benz E190” markalı avtomobilə arxadan çırpılıb.
Nəticədə “Hyundai Santafe”də olan 75 yaşlı Hüseynova Sürəyya Məhəmməd qızı aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Onun qızı Hüseynova Suqrə Əvəz qızı və sürücülər yaralanıblar.
Faktla bağlı araşdırma aparılır.
Lent.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man