Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man