Salyanda yol qəzası zamanı iki nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının şəhər “MTS” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədov Ramil Əhməd oğlu idarə etdiyi “Muravey” markalı motosikletlə yolu keçmək istəyən Salyan şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseynov Azad Habil oğlunu vurub. Hadisə zamanı sürücü və piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man