Şamaxıda kombayn aşıb, sürücü komaya düşüb

Yol qəzaları 18 Aprel 2022 | 12:58
OXUNUB: 789

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın xəbərinə görə, Qobustan şəhər sakini, 1982-ci il təvəllüdlü Soltanov Rəşad Savalan oğlunun idarə etdiyi taxılbiçən kombayn Şamaxı-Padarçöl yolunun Göylər kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən idarəetmənin itməsi səbəbindən yoldan çıxaraq aşıb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan Rəşad Soltanov əvvəlcə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Komaya düşən sürücü sonra Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man