İki gün əvvəl Salyanda qəza törədən sürücü dünyasını dəyişib.
Avtosfer.az-ın məlumatına görə, aprelin 11-i Salyan rayonunda idarə etdiyi “Hyundai Tucson” markalı avtomobili aşıran 61 yaşlı Abıyev Məmmədqulu Əlisa oğlu ağır xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi. O, aprelin 12-də həmin xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, aprelin 11-i saat 17 radələrində Salyan radələrində M. Abıyevin idarə etdiyi “Hyundai Tucson” markalı avtomobilin aşması nəticəsində sürücünün bacısı 48 yaşlı Nigar Abıyeva həlak olub. Sürücü özü, və həyat yoldaşı S. Abıyeva isə ağır xəsarətlərlə KTM-ə yerləşdirilmişdi.
Lent.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man