Daxili İşlər Nazirliyi (DİN) Salyan şəhəri ərazisində dünən baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat verib.
Qurumdan Avtosfer.az-a verilən xəbərdə bildirilib ki, Bakı şəhər sakini M.Abıyevin idarə etdiyi “Hyundai” markalı avtomobilin aşıması nəticəsində ölən və xəsarət alanlar bir ailənin üzvləri olub.
Qəza zamanı sürücünün bacısı Nigar hadisə yerində ölüb, özü və həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man