Salyanda baş verən yol qəzasında yaralananlar Baklya göndərilib.
“Report”un Aran bürosunun məlumatına görə, Salyan Mərkəzi Rayon Xəstəxanasında yerləşdirilən Masallı rayon sakinləri - 1962-ci il təvəllüdlü Abıyev Məhəmmədqulu Əliş oğlu və 1970-ci il təvəllüdlü Abıyeva Sevil Nüsrət qızının vəziyyəti ağır olduğu üçün Bakı xəstəxanalarından birinə göndəriliblər.
Qeyd edək ki, qəza dünən axşam saatlarında Ələt-Astara magistral yolunun Çuxanlı kəndindən keçən hissəsində baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb, bir nəfər - Masallı rayon sakini, 1974-cü il təvəllüdlü Abıyeva Nigar Əlinsan qızı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man