Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Binə qəsəbəsində "KamaAZ” markalı yük avtomobili 2015-ci il təvəllüdlü Ə. H-nın sağ ayağının üzərindən keçib.
Ağır xəsarət alan azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya olunub.
Hadisənin təfərrüatı araşdırılır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man